Ukrayna Rusiyanın 500 milyon dollarlıq ikinci təyyarəsini vurdu

Fevralın 23-də axşam saatlarında Rusiyanın daha bir “AN-50” radiolokasiya təyyarəsi Ukrayna ordusu tərəfindən vurulub.

Təyyarənin Rusiya Federasiyasının Krasnodar diyarının Zəhmətkeş Ermənistan kəndi səmasında vurulduğu və həmin ərazidə yerə düşərək alışdığı bildirilir.

Qeyd olunub ki, təyyarə hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.

Xatırladaq ki, 2024-cü il yanvarın 14-də Azov dənizi üzərində Rusiyaya məxsus daha bir “A-50” məhv edilib.

Qeyd edək ki, “A-50”nin baza versiyasının dəyəri təqribən 330 milyon dollar, modernləşdirilmiş variantı isə təxminən 500 milyon dollardır.

Mənbə: Unian

0.067524194717407