Ermənistanda Konstitusiyaya dəyişikliklər müzakirə ediləcək

Ermənistan Konstitusiya İslahatları Komissiyası və Şurasının üzvləri martın 1-də baş nazir Nikol Paşinyanla görüşərək Ermənistanın yeni konstitusiyasının yazılması məsələsini müzakirə edəcəklər.

Bu barədə Ermənistan KİV-də məqalə dərc edilib.

“Paşinyan bu biabırçı işi kimə həvalə edəcək? Yeni konstitusiyanın yazılmasını hazırkı kadrlara tapşıracaq, yoxsa yeni müsabiqə elan edəcək? Mənbələrimiz əmindirlər ki, Paşinyan şura və komissiyanın formalaşdırılması üçün yeni müsabiqə elan etməyəcək. Birincisi, vaxt azlığı səbəbindən, ikincisi, çox az adam bu prosesdə iştiraka razılıq verər. Hətta indiki idarə heyətində, komissiyada belə insanlar var ki, bu damğanı alınlarında daşımaq istəyində deyillər. Ötən sessiyada bu məsələ intensiv müzakirə edilib. Təbii ki, onlar məsələyə fərqli çalar verdilər ki, mövcud orqanlar yeni konstitusiya yaza bilməz, onların belə bir mandatı yoxdur, onlar dəyişikliklərin hazırlanması işinə baxırlar. Üstəlik, bəzi müstəqil qurumların nümayəndələri də siyasi problemi həll edə bilmirlər”, - deyə yazıda qeyd edilib.

0.038555860519409