İqor Ponomaryovun doğum günüdür

Azərbaycanın tanınmış futbolçusu İqor Ponomaryovun doğum günüdür.

hakimiyyet.az xatırladır ki, o, 24 fevral 1960-cı ildə Bakıda doğulub.

İqor Ponomaryov “Neftçi” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb.

Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norrçyopinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhbərlik edib.

0.085762977600098