Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və xəsarət alanlar var - YENİLƏNİB + ADLAR

Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

APA xəbər verir ki, xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

TƏBİB-dən APA-ya bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

"Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü şəxsin (kişi cinsli) isə vəziyyəti stabildir", - deyə qeyd edilib.

08:06

Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub. 

Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.094045162200928