ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini ADA tələbələri ilə görüşüb FOTO

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb”, - məlumatda qeyd edilb.

 

4.3416831493378