Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar.
Günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib.
Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər.
Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb.
Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib.
Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.
Mənbə: Anadolu