İranda ətin qiymətində illik 90 faizdən çox inflyasiya yaranıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə ərzaq və içkilər üzrə illik inflyasiya 45,1 faizə çatıb.
Qırmızı ət və toyuq əti isə 93,3 faiz inflyasiya ilə yanvar ayında rekord qırıb.