Yəmənin “Ənsar Allah” hərəkatlı tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə nəhəng neft ləkəsi əmələ gəlib.
Məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.
“Fevralın 18-də husilər "Rubymar" yük gəmisinə hücum etdilər. Husilərin səbəbsiz və ehtiyatsız hücumu gəmiyə ciddi ziyan vurdu və nəticədə 18 mil (təxminən 29 km) ərazidə neft ləkəsi əmələ gəldi”, - Komandanlığın məlumatında qeyd olunur.
Mənbə: Сentcom.mil