Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS