Aquero yaşıl meydanlara qayıda bilər

“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ürəyində yaranan problemlər səbəbindən 2021-ci ildə başa vurduğu futbolçu karyerasını qısa müddətə bərpa edə bilər.

Məlumata görə, Argentinanın “İndependyente” klubu 35 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Biildirilir ki, Aquero canlı efirdə kardioloqa zəng edərək meydanda 10-20 dəqiqə keçirə bilib-bilməyəcəyini soruşub. Mütəxəssis eks-futbolçuya cavab verib ki, əgər fiziki cəhətdən hazırlaşırsa, səhhətində heç bir problem olmamalıdır.

Odur ki, Aquero “İndependyente” ilə bir neçə yoldaşlıq oyunu keçirə və nəhayət, futbolçu karyerasını bitirə bilər.

Xatırladaq ki, argentinalı 2003-2006-cı illərdə məhz adıçəkilən klubda çıxış edib və onun yetirməsidir.

Mənbə: championat.com

0.051241874694824