Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.

hakimiyyet.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu üstələyib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.

11:40

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

hakimiyyet.az-ın məlumatına görə, Tahir Baxşıyevin kollektivi Avropa zonası üzrə I seçmə mərhələdə Kosovonu qəbul edəcək.

İlk görüşdə səfərdə İsveçrəyə (53:72) məğlub olan yığma doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

DÇ-2027, Avropa zonası üzrə I seçmə mərhələ
A qrupu, II tur
25 fevral

14:00. Azərbaycan – Kosovo
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

0.087721109390259