“Real Madrid” İspaniya Primerasının 26-cı turunun ev oyununda “Sevilya” ilə qarşılaşıb.
Oxu.az xəbər verir ki, meydan sahibləri oyun boyu nəzərəçarpacaq üstünlüyə malik olsalar da, cəmi bir dəfə fərqlənə biliblər.
81-ci dəqiqədə dəqiq zərbəni xorvatiyalı veteran Luka Modriç vurub - 1:0.
Bu qələbə ilə Karlo Ançelottinin komandasına “Barselona”nı 8 xal qabaqlamağa imkan verib.