Polşada naməlum şəxslər 160 ton Ukrayna taxılını yerə töküblər – VİDEO

Polşada dəmiryol vağzalında naməlum şəxslər Ukraynadan gətirilən 160 ton taxılı yerə töküblər.

Bu barədə ölkənin icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə naziri Aleksandr Kubrakov məlumat verib.

“Polşa qatar stansiyalarında dördüncü vandalizm hadisəsi. Dördüncü cəzasızlıq və məsuliyyətsizlik halı. Hökumət və Polşa polisi bu vandalizmin nə vaxta qədər davam etməsinə icazə verəcək?” – deyə o, özünün “X” hesabında yazıb.

Onun sözlərinə görə, taxıl möhürlənmiş vaqonlarda Qdansk limanına, oradan isə başqa ölkələrə göndərilirmiş. Məmur öz yazısında Polşada məsul idarə və şəxslərə müraciət edərək onları qanunlara əməl etməyə çağırıb.

Mənbə: iz.ru

0.55068707466125