Çexiya Prezidenti, keçmiş general Petr Pavel növbəti dəfə qeyri-adi hərəkəti ilə ölkəni heyrətləndirib.
O, canlı yayımlanan idman tədbirində iştirak edərək paraşütlə tullanıb.
Pavelin iştirakı həyat yoldaşı və bilavasitə təşkilatçılardan başqa hamı üçün son ana qədər sirr olaraq qalıb.
Qeyd edək ki, siyasətçi uzun müddətdir ki, motosikletlərə olan həvəsi ilə tanınır və dağ gəzintisi, kayak kimi digər idman növləri ilə də məşğul olur.
Mənbə: eurointegration.com.ua