Yeni Zelandiyada ralli sprint yarışı zamanı 15 yaşlı sürücü Bruklin Horan və onun şturmanı Tayson Cammet həlak olub.
Bu barədə Yeni Zelandiya Motor İdmanı Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, onların avtomobili yoldan çıxaraq çaya düşüb.
Qeyd etmək lazımdır ki, Yeni Zelandiyalı yeniyetmələr 16 yaşına qədər sürücülük vəsiqəsi ala bilməsələr də, müəyyən şərtlər altında qapalı yollarda avtoidmanda yarışa bilərlər.