İran XİN rəhbəri: “Bütün nüvə silahlarının məhv edilməsini tələb edirik”

“İran dünyadakı bütün nüvə silah ehtiyatlarının məhv edilməsini tələb edir.

Bu açıqlama ilə Silahsızlaşdırma Konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çıxış edib.

“İran bütün bəşəriyyət üçün ən böyük texnogen təhlükə olan nüvə silahlarının məhv edilməsini tələb edir. Nüvə silahlarının tamamilə ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur”, - deyə o bildirib.

Qeyd edək ki, Silahsızlaşdırma Konfransı İsveçrənin Cenevrə şəhərində keçirilir.

Mənbə: TASS

0.20485305786133