NATO-nun yeni mətbuat katibi təyin olunub

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniyadan olan Farah Daxlallahı qurumun sözçüsü təyin edib.

Bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb.

Farah Daxlallah bu vəzifədə Dilanı Uaytı əvəz edəcək.

Məlumat üçün əlavə edək ki, Farah Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və “AstraZeneca” şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb.

Mənbə: Nato.int

0.57612490653992