İranda günlərdir davam edən əlverişsiz hava şəraiti daşqınlara səbəb olub.
Belə ki, ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyaləti sel sularına qərq olub.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılır.
Qeyd edək ki, İranın şimalı da güclü qarın əsarətində qalıb. Bununla əlaqədar Rəşt şəhərində aviareyslər təxirə salınıb, bir sıra dövlət müəssisələri müvəqqəti bağlanılıb.
Mənbə: Sputnik İran