Rusiyanın Primorye diyarında dəhşətli qəza baş verib.
Bu barədə regional Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Belə ki, sürətlə hərəkət edən yük maşınının daşıdığı beton plitələr yola düşərək qəzaya səbəb olub. Hadisə nəticəsində ölənlər və yaralananlar var.
Bildirilib ki, plitələr arxadan gələn üç maşını əzib. Avtomobillərdən biri aşaraq yoldan bir neçə metr kənara düşüb.
Ümumilikdə qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.