Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə zamanı “Toyota Prius” və “Opel” markalı avtomobillər toqquşublar.
Qəzanın “Toyota Prius” markalı maşının sürücüsünün ara məsafəsi gözləməməsindən baş verdiyi deyilir.
Şosedə hərəkətdə olan “Toyota”nın sürücüsü maşınını eyni zolaqda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbə o qədər güclü olub ki, “Opel” deformasiyaya uğrayıb. Qəza zamanı “Opel”də olan sərnişin xəsarət alıb.
Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.