14 yaşlı Nurəlinin anası fəryad edir: “Bəzən günlərlə yemək ala bilmirik” - FOTO

14 yaşlı yeniyetmənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a Nurəli Baxşəliyevin anası Aytən Baxşəliyeva məlumat verib.

O bildirib ki, övladı dörd ildir böyrək çatışmazlığından əziyyət çəkir.

“Biz Sabirabad rayonunda yaşayırıq. Dörd il əvvəl övladımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Övladımın xəstəliyini bildiyimiz ilk gündən müalicələrini etdirsək də, artıq tükənmişik. İnanın, maddi gücümüz artıq qalmayıb. Son aylar isə yalnız sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələrini davam etdirə bilirik. Nurəli yenidən müayinə və müalicə olunmalıdır”.

Aytən Baxşəliyeva bildirib ki, övladının müalicəsi üçün 700 manata ehtiyacı var.

“Mənim Nurəlidən başqa kiçik bir qızım var. Övladlarıma görə mən işləyə bilmirəm, yoldaşım isə fəhlə işləyir. İnanın, bəzən evə günlərlə pul gətirə bilmir, nəinki dərman almağa yemək almağa bəzən pul tapmırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Nurəlinin müalicəsinin dayanması onun vəziyyətinin daha da pisləşməsi, daha sonra isə böyrək nəqlinə ehtiyacı olmasına gətirib çıxara bilər. Bunun üçün isə bizim maddi gücümüz yoxdur. Övladıma dəstək olmaq üçün yardımsevər şəxslərə yalvarıram”.

Kart nömrəsi: 4169 7388 8824 2637.

Ailə ilə əlaqə: (099) 819 91 09.

0.075675964355469