Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
Məsələ ilə bağlı hakimiyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.
Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
İlhamə Əbülfət
17:08
Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma başlanılıb:
“Əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət