Bu gün Bakıda norveçli müğənni və skripkaçı, “Avroviziya 2009-un” qalibi Aleksandr Rıbakın konserti keçirilib.
Axşam.az xəbər verir ki, ifaçı gecədə Azərbaycanı "Avroviziya 2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva ilə də eyni səhnəni bölüşüb.
Onlar 2009-cu ildə sözügedən yarışmada türkiyəli müğənni Hadisənin oxuduğu "Düm Tek Tek" mahnısını duet şəklində ifa ediblər.
Həmin görüntüləri "12xal" səhifəsi yayımlayıb.