A Seriyası: “Napoli” beş oyundan sonra ilk qələbəsini qazandı - VİDEO

Futbol üzrə İtaliya çempionatının 21-ci turunun “Sassuolo” - “Napoli” matçında darmadağın qeydə alınıb.

Oyun qonaqların 1:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Neapolluların heyətində Viktor Osimhen üç, Xviça Kvaratsxeliya iki qola imza atıb. Daha bir qolu isə müdafiəçi Əmir Rahmani vurub. “Sassuolo”ya gəlincə, yeganə topun müəllifi yarımmüdafiəçi Uros Raçiç olub.

Beş oyundan sonra ilk qələbəsini qazanan “Napoli” 40 xal toplayıb. Klub A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Sassuolo” isə 20 xalla 18-ci yerdədir.

 

0.10020017623901