Rusiyanın Murmansk vilayətində Qütb parıltısının yaratdığı əsrarəngiz mənzərələr ortaya çıxıb.
Bölgə sanki “yaşıl işığa bürünüb”.
Başınızın üzərində Qütb parıltısını görmək ancaq aydın, buludsuz səmada mümkündür. Qış mövsümündə bu, tez-tez havanın temperaturu mənfi 12-20 dərəcəyə endikdə müşahidə olunur. Ancaq ötən gecə temperaturun mənfi 1 dərəcə olmasına baxmayaraq, bölgə sakinləri bu gözəl və maraqlı təbiət hadisəsini izləməyə müvəffəq olublar.
Mənbə: Pul N3