Universitetlərdə dövlət sifarişli yerlərin artırılması təklif edilib

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması və tələbə yataqxanalarının tikilməsi təklif edilib.

hakimiyyet.az xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.

0.049428224563599