Putinin köməkçisindən bəyanat: Ukrayna ilə danışıqlar üçün Türkiyəyə gedəcəklər? - VİDEO

“Rusiya nümayəndə heyəti, müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır”.

Bu sözləri bundan öncə İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski “SHOT” “Telegram” kanalına şərhində deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın yenidən Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması ilə bağlı bəyanatını şərh edib.

“Göstəriş versələr, gedərik”, - deyə o bildirib.

0.058139085769653