“Real Madrid”lə transfer danışıqları: Məsələyə futbolçunun anası qarışdı

PSJ-nin futbolçusu Kilian Mbappenin agenti və anası Fayza Lamari onun “Real Madrid”ə keçidinin son təfərrüatını öyrənmək üçün Madridə səfər ediblər.

Məlumata görə, Lamari futbolçunun çevrəsindən bir neçə yaxın adamla Madridə yollanıb.

“Real Madrid” təmsilçiləri ilə söhbət zamanı o, oğlunun İspaniyanın paytaxtındakı həyatı ilə bağlı məsələ qaldırıb və onun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu səfərdən sonra bütün formallıqlar həll olunub.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Mənbə: Gazeta.ru

0.11955690383911