Avropa İttifaqının (Aİ) səkkiz ölkəsi Aleksey Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaları hazırlamaq üçün diplomatik səylər göstərir.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə fevralın 28-də göndərilən məktubu Çexiya, Polşa, Rumıniya, Finlandiya, İsveç, eləcə də Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri imzalayıb.
Məlumata görə, Aİ-nin daha dörd ölkəsi bu ideyanı dəstəkləsə də, sənədi imzalamaqdan imtina edib.
Mənbə: Politico