Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sonuncu matçda “Qalatasaray” “Fatih Karagümrük”ü qəbul edib.
Markao 6-ci dəqiqədə qonaqları önə keçirib. 84-cü dəqiqədə Mendes fərqi artırıb. Qarşılaşma elə bu hesabla da bitib - 0:2.
Beləliklə də, öz meydanında məğlub olan “Qalatasaray” turnirdəki çıxışını başa vurub. “Fatih Karagümrük” isə yarımfinalda oynamaq hüququ qazanıb.
Xatırladaq ki, bundan öncə “Ankaragücü”, “Beşiktaş” və “Trabzonspor” da Türkiyə Kubokunun yarımfinalına vəsiqə qazanıb. “Fənərbağça” isə yarışla erkən vidalaşıb.