İspaniya Kuboku: “Barselona”nı keçən “Atletik” yarımfinalda “Atletiko”nu da məğlub etdi - VİDEO

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ikinci cavab matçı başa çatıb.

Bilbaodakı San Mames stadionunda yerli “Atletik” ilə Madrid “Atletiko”su üz-üzə gəlib.

Görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qolları İnyaki Uilyams (13), Niko Uilyams (42) və Qorka Quruseta (61) vurublar.

Xatırladaq ki, ilk yarımfinal görüşü də “Atletik”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatmışdı.

Beləliklə də, bu turnirin öncəki 1/4 final mərhələsində “Barselona”nı keçən Bilbao klubu indi də “Atletiko”nu məğlub edərək (iki matçın nəticəsinə görə 4:0) adını finala yazdırıb. Həlledici görüşdə onun rəqibi “Real Sosyedad”ı penaltilər seriyası ilə məğlub edən “Mayorka” olacaq.

Qeyd edək ki, İspaniya Kubokunun son qalibi “Real Madrid”dir.

 

0.12515592575073