İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi İran və Əfqanıstan arasındakı Hirmənd çayının su ehtiyatlarından istifadə üstündə münaqişəyə toxunaraq bildirib ki, bu il həmin çaydan İrana suyun daxil olacağı müşahidə ediləcək.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, o, İranın Əfqanıstanla sərhəddə beton divarın çəkilməsi ehtimalı olduğunu vurğulayıb.
“Hazırda sərhədin çəkilməsi ilə bağlı araşdırma aparılır. Baxmayaraq ki, divarın çəkilməsi üçün çox vəsait tələb olunur, ancaq bunun faydaları daha çoxdur. Çünki sərhədin təhlükəsizliyi milli suverenliyin əsasıdır”, - deyə Qumi bildirib.