Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi “TasteAtlas” tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahısı tərtib olunub.

Siyahıda Türkiyənin Qaziantep şəhəri də ilk 10-luqda yer alıb. Qastronomiya sahəsində YUNESKO-nun qeydiyyatına alınan Qaziantep 99 növ xüsusi yeməyi ilə diqqət mərkəzinə düşüb.

Siyahıya həmçinin İndoneziyanın Bandunq, Yaponiyanın Tokio, İtaliyanın Turin, Çinin Honq-Konq, Yaponiyanın Oksaka, Avstriyanın Vyana, İtaliyanın Neapol, Boloniya və Roma şəhərləri də daxil edilib.

Mənbə: Haber Global

0.05280613899231