Alimlərdən xəbərdarlıq: COVID-19 azı bir il müddətinə beyni “dumanlandırır”

“Hətta yüngül keçirilən COVID-19 əhəmiyyətli koqnitiv çatışmazlıqlara səbəb olur”.

Bu barədə “New England Journal of Medicine”də dərc edilən araşdırmada bildirilib.

Məqalədə deyilib ki, koronovirus insanda “beynin dumanlanması” hissini yaradır və IQ-nü azı bir il ərzində altı bala sala bilər.

Elmi araşdırmada 112 minə yaxın könüllü iştirak edib. Onlar COVID-19-dan təsirlənən koqnitiv sahələri ölçən xüsusi testdən keçiblər.

Hər bir könüllü koronavirus infeksiyası tarixçəsini də təqdim edib, bu da mütəxəssislərə idrak məlumatlarını simptomların müddəti və şiddəti ilə müqayisə etməyə imkan verib.

İştirakçıların 3-4%-nə postkovid sindromu diaqnozu qoyulub. Onların əksəriyyətində yoluxmadan bir il sonra belə simptomlar görünüb. Belə uzunmüddətli koronovirusun isə pasiyentlərin IQ-nə təsir etdiyi müəyyən olunub.

Koqnitiv çatışmazlıqlar ilk növbədə yaddaş, məkan planlaşdırma və şifahi düşünmə ilə bağlı sahələrdə aşkar edilib.

0.82111501693726