Promesin BƏƏ-də saxlanılmasının səbəbi bəlli oldu

Rusiyanın “Spartak” futbol klubunun futbolçusu Kvinsi Promes törətdiyi yerli qayda pozuntusuna görə BƏƏ-nin “Əl-Xəvanic” polis bölməsinə aparılıb.

Qeyd olunur ki, futbolçu qəza törədərək hadisə yerindən qaçdığı üçün saxlanılıb. Buna görə onu BƏƏ-də 3 ilə qədər həbs cəzası gözləyir.

Hazırda Promes buraxılıb, lakin onun Rusiyaya qayıtması barədə danışmaq hələ tezdir.

Bir sıra KİV-lərin məlumatına görə, futbolçu daha əvvəl qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmiş Niderlanda da ekstradisiya edilə bilər. Niderland Promesi vətəninə qaytarmaq üçün artıq BƏƏ ilə danışıqlar aparır.

Xatırladaq ki, Promes fevralın 29-da BƏƏ-də pasport nəzarətində saxlanılıb. O, komandası ilə Sankt-Peterburqa uçmaq istəyirdi.

Mənbə: octagon.media

0.062442064285278