Nadir Qafarzadə od püskürdü: “Hara baxırsan, üç səviyyəsizi görürsən”

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.

Lent.az-ın xəbərinə görə, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib.

“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyublar kənara, ancaq bu üç nəfər əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.

Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 səviyyəsiz cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 səviyyəsizə.

Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdir bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur”, - o bildirib.

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı üç “TikTok”eri nəzərdə tutduğu yazılıb.

0.084540128707886