Xəzərdə adı qırmızı kitaba düşən dəniz suitiləri TƏHLÜKƏDƏ - VİDEO

Ölmüş balıqlar və adı qırmızı kitaba düşən dəniz suitiləri sahilə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər dənizinin müxtəlif sahillərində çəkilən bu görüntülər hövzədə canlı aləmin ciddi təhlükə ilə üz-üzə qaldığını göstərir.

Xəzər dənizi hövzəsində 154, Xəzərin Azərbaycan sektorunda isə 100-ə yaxın balıq növü yaşayır.

Ekoloq Rövşən Abbasov deyir ki, Xəzərdə balıqların azalmasının əsas səbəblərindən biri suyun səviyyəsinin kəskin aşağı düşməsidir. Dənizdə hazırda kütüm, Xəzər külməsi, Şərq çapağı və şəmayı balıqlarının sayında azalma müşahidə edilir. Keçici və yarımkeçici balıqlar hesab olunan nərəkimilər, qızıl balıq və çəki balıqları ilə bağlı da vəziyyət ürəkaçan deyil.

Ətraflı süjetdə:

0.13082194328308