Azərbaycanda vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək

Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək.

APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir.

Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir.

Belə ki, vərəm xəstələrinin sağalmasında onların qidalanması böyük rol oynayır.

0.072706937789917