Sumqayıtda avtomobil köşkə çırpılıb: Xəsarət alanlar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb.

Qəza zamanı iki nəfər xəsarət alıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

0.097033977508545