Bir ay şəkər yeməsəniz nə olar?

Şəkərin azaldılması ümumi sağlamlığınıza olduqca böyük təsir göstərə bilər. Əgər bir ay şəkərli qidalardan uzaq dursanız, böyük dəyişikliyin özünüz də şahidi olacaqsınız.

Bir çox xəstəliklərin yaranmasına məhz şəkər səbəb olur. Əgər qəlyanaltılardan, peçenyelərdən və tortlardan doymayan birisinizsə, mütləq bu yazını oxuyun.

Amerika Ürək Dərnəyinin məlumatına görə, gündə orta hesabla 77 qram əlavə şəkər istehlak edilir: bu, qadınlar üçün tövsiyə olunan gündəlik miqdarın üç qatıdır. Vizual olaraq, dörd qram şəkər bir çay qaşığı şəkərə bərabərdir, buna görə də 77 qram yarım stəkan şəkərdən bir az azdır.

Şəkərin əsas mənbəyi içkilərdən, sonra qəlyanaltılardan və desertlərdən gəlir. Bir çoxumuzun tövsiyə ediləndən daha çox şəkər istehlak etməyimiz, bunun sağlamlığımıza təsirini və şəkərdən imtinanın hansı təsirlərin ola biləcəyini şübhə altına ala bilər.

Əlavə şəkərin yüksək qəbulu diabet və çəki artımından tutmuş qaraciyər yağlanmasına qədər hər şeylə əlaqələndirilir. Şəkərlərin həddindən artıq istehlakı da ürək xəstəliyi riskinin artması ilə əlaqəli olan trigliserid səviyyənizi artıra bilər. Bəzi tədqiqatlar hətta xərçəng riskini yaratdığını da yazıb.

30 gün ərzində şəkərdən imtina etsəniz orqanizminizdə nə baş verər?

İltihablı xəstəliklərdən uzaq olacaqsınız.

Xolesterin səviyyəsi aşağı düşəcək.

Ürək döyüntüləriniz normallaşacaq.

Yaddaş zəifliyindən xilas olacaqsınız.

Tez bir zamanda çəki atıb, sağlam arıqlayacaqsınız.

Qaraciyər piylənməsindən xilas olacaqsınız.

Dəriniz daha təravətli görünəcək.

Diş çürüməsinin qarşısı alınacaq. 

Depressiyaya düşməyəcəksiniz. 

0.046543836593628