Körpə Zeydin müalicəyə ehtiyacı var: “Maddi cəhətdən tam tükənmişik” - FOTO

Doqquzaylıq Zeydin yardıma ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Mira Pənahlı məlumat verib.

O bildirib ki, övladında anadangəlmə oynaq başcıqları formalaşmayıb.

“Zeyd doqquzaylıqdır. Anadan olanda onda oynaq başcıqlarının formalaşmadığını öyrəndik. İlk gündən də müalicələrə başlamışıq. Hazırda Zeyd xüsusi korset taxır. Müalicələrini bir müddət də davam etdirib, daha sonra əməliyyat olunacaq. Hazırda müalicələr üçün 800 manata ehtiyacımız var”.

Mira Pənahlı Zeydin onun tək övladı olduğunu deyib.

“Zeyd bizim tək övladımızdır. İnanın, maddi cəhətdən əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Özümüz kirayədə yaşayırıq, yoldaşım isə fəhləlik edir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 443-59-41.

Bank Respublika: 4244 4848 4305 6726.

0.056455850601196