Şabranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Daevoo” markalı minik avtomobili VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan rayon sakinləri 1969-cu il təvəllüdlü Əfqan Mütəllim oğlu Allahverdiyev və 1979-cu il təvəllüdlü İ.Baləhməd qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.1296079158783