Ronaldunun komandası öz meydanında uduzdu - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasında 23-cü turun görüşləri keçirilir.

Çempionluğu iddialı “Ən-Nəsr” tur çərçivəsində “Əl-Raed”i qəbul edib.

Ulduz futbolçu Kriştianu Ronaldunun kapitanı olduğu ev sahibi komanda qonaqların öhdəsindən gələ bilməyərək uduzub - 1:3.

Kriştianu qarşılaşmada məhsuldarlıqla yadda qalmayıb.

Bu nəticədən sonra “Ən-Nəsr” turnir cədvəlində 2-ci pillədə qalır. Komandanın aktivində 53 xal var. “Əl-Raed” 23 xalla 13-cü pilləyə yüksəlib. Çempionata isə 62 xalla “Əl-Hilal” başçılıq edir.

 

0.096757173538208