Altı il övlad həsrəti çəkən ana: “Müalicəni davam etdirə bilmirik” - FOTO

Dörd yaşlı Ağarzanın dəstəyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Könül Cəbrayılova məlumat verib.

O bildirib ki, övladı artıq iki ilə yaxındır talassemiya xəstəliyindən əziyyət çəkir.

“Övladımın dörd yaşı var, artıq iki ilə yaxındır bu ağır xəstəlikdən əziyyət çəkir. Xəstəliyinin ilk günündən Ağarzanın bütün müalicələrini etmişik. Hazırda müalicəni davam etdirmək üçün maddi gücümüz, demək olar ki, tükənib”.

Gənc ana Ağarzanın onun tək övladı olduğunu bildirib.

“Ağarza mənim tək övladımdır, altı il sonra dünyaya gəlib. Altı il onun həsrətini çəkmişəm. İndi də bu ağır xəstəlik balamı günü-gündən zəiflədir, əlimdən almaq istəyir. İnanın, bəzən gecələr yatmıram, yanında oturub nəfəs almağına qulaq asıram. Bir ana üçün övladının belə çətin imtahanla sınanması çox ağırdır. Ağarzanın müalicəsinin ilkin mərhələsi üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladımı bu çətin sınaqda tək buraxmamağınızı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 263-39-56.

Uni Bank: 5243 7544 4375 4195.

0.15301704406738