“Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi 1960-90-cı illərdəki 30 milyard kubmetrdən 2022-ci ildə 17 milyard kubmetrə düşüb”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib.
“Təxminən 8 milyard kubmetr də yeraltı su ehtiyatlarımız var. Bunun da bir hissəsi Qarabağdadır. İnanırıq ki, Azərbaycanda yerüstü və yeraltı su ehtiyatlarının maksimum formalaşmasına nail olacağıq”, - deyə o qeyd edib.