Stend atıcılığı üzrə Bakı Kubokunun vaxtı açıqlanıb - FOTO

Martın 13-dən 16-dək Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək.

Federasiyadan verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində dairəvi və xəndək stendlərində qızlar, oğlanlar, qadınlar və kişilər arasında fərdi və qarışıq komanda yarışları keçiriləcək.

Yarışda Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və məktəblər iştirak edəcək.

0.11390686035156