“2024-cü ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
O bildirib ki, cari ilin yanvar-fevral aylarında ÜDM-in həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 18 milyard 576,9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 10,1% artaraq 11 mlrd. 843,3 milyard təşkil edib.
2024-cü ili #Azərbaycan #iqtisadiyyat-ı yüksək göstəricilərlə başlayıb. Cari ilin yanvar-fevral aylarında #ÜDM-in həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 5% artaraq 18 mlrd. 576,9 mln. ₼, #qeyrineft-qaz sektorunda isə 10,1% artaraq 11 mlrd. 843,3 mln. ₼ təşkil edib.… pic.twitter.com/8tD7Te9FGQ
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 14, 2024