Azərbaycan və İraq rəsmiləri iki ölkənin iqtisadi potensialının reallaşdırılmasını müzakirə ediblər - FOTO

Azərbaycan və İraq arasında iki ölkənin iqtisadi potensialının reallaşdırılması imkanları müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirildi”, - deyə o qeyd edib.

 

0.53093791007996