Azərbaycan və İraq arasında enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, İraqa səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb:
“Yaşıl enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”.
İraqa səfərimiz çərçivəsində #SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani (@HAbdalghanii) ilə görüşdük. #Yaşılenerji-yə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə… pic.twitter.com/dSG013DpWo
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 18, 2024