“Qarabağ”ın qapıçısı Andrey Lunyov Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq oyununa hazırlaşmaq üçün artıq Rusiya millisinin heyətinə qoşulub.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya milli futbol komandasından xəbər verilib.
Bildirilir ki, bu çağırış Lunyov üçün 2,5 ildə ilk olub.
Qeyd edək ki, 32 yaşlı rusiyalı qolkiper 2023-cü ilin avqustunda “Qarabağ”la müqavilə imzalayıb. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 32 qol buraxıb. Bununla belə səkkiz oyunda Lunyov bir qol da buraxmayıb.
Yeri gəlmişkən, Rusiya millisi Moskvada martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla qarşılaşacaq.